İranda son sutka ərzində 1399 nəfər koronavirusa yoluxub

18:46 10.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda son 24 saat ərzində 1399 nəfər koronavirusa yoluxub, 51 nəfər isə xəstəlikdən həyatını itirib.

Bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur gündəlik mətbuat konfransında deyib.

Bununla da İranda virusa yoluxanların sayı 107 min 603 nəfərə, ölənlərin sayı isə 6640-a çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 86 min 143 nəfər isə sağalaraq evə buraxılıb.